Qəbula yazıl

formanı doldurun və biz sizinlə 15 dəqiqə ərzində əlaqə saxlayacayıq

Ваша заявка отправлена.
Спасибо!

Мы свяжемся с Вами в ближайшее время

İstehsalçı : ABŞ

Syneron Candela Vbeam Perfecta

 

Vbeam Perfecta — 595 nm dalğa uzunluğuna malik maye boya ilə təchiz edilmiş impulslu damar lazeridir.

Mütəxəssislərin fikrinə əsasən bu lazer faktiki olaraq üzdəki bütün damar problemlərinin aradan qaldırılması üzrə ən proqressiv və təhlükəsiz lazer hesab edilir.

Vbeam™ Perfecta kosmetoloji lazeri qeyri-invaziv damar cərrahiyyəsi, piqment ləkələrinin müalicəsi və dərinin cavanlaşdırılması (sahəvi dəri qızartıları, hemanjiomlar və anjiomlar, piqment ləkələri, çillər, günəş və yaşla əlaqədar yaranan ləkələr, akne, teleangioektaziyalar, üz və ayaqdakı damarlar, dərinin cavanlaşdırılması, qırışlar, poykilodermiya, çapıq və və dartılmalar, ziyillər, psoriaz...) üçün nəzərdə tutulmuş bir sistemdir.

Vbeam Perfecta lazeri mikroimpuls texnologiyası və patentləşdirilmiş Dinamik Soyutma Sistemini DCD tətbiq edir.

Mikroimpuls texnologiyası damarların daha effektiv koaqulyasiyası zamanı dərinin qızmasını xeyli azaltmaga imkan verir, bununla da piqmentasiyanın dəyişmə təhlükəsi azalır.

Texnologiyanın xüsusiyyətləri ondan ibarətdir ki, damarlara ötürülən şüalanma impulsun generasiya müddətində bilavasitə deyil, səkkiz qısa impulsdan (mikroimpulslardan) ibarət “paketlərə” bölünür. Damar problemlərinin müalicəsində “paketlərin” istifadəsi bu xəstəliklə mübarizə imkanlarını xeyli artırmışdır.

Dinamik soyutma sistemi prosedur zamanı praktiki olaraq ağrı hissini aradan qaldırır və mikroimpuls texnologiyası ilə vəhdətdə qızartıların qarşısını alır, bütün bunlar lazerin istifadə imkanlarını xeyli artırır (məsələn, çapıqların yaranması hətta yaşı tamam olmamış körpələrdə belə müşahidə olunmur).

Vbeam Perfecta uşaqlarda, hətta yeni doğulmuş körpələrdə belə damar patologiyalarının müalicəsi üçün FDA tərəfindən təsdiq və tövsiyyə edilmişdir.

 

Xüsusiyyətləri

  • Damar problemləri
  • Piqment ləkələri
  • Dərinin cavanlaşdırılması
  • Qırışlar,Akne
  • Çapıq və dartılmalar
  • Psoriaz,Ziyillər
  • Poykilodermiya