Xəbərlər
Tredliftinq nədir ?
Tez bir zamanda cavanlaşmaq istəyirsiniz ?
O zaman sizə tredliftinq proseduru haqqında danışacayıq.
Mezosaplar ilə tredliftinq proseduru ,icrası kifayət qədər sürətli və qısa müddətlidir.
Bundan əlavə həkim kabinetini,siz tredliftinq prosedurunun nəticəsi ilə tərk edirsiniz.
Tredliftinq kifayət qədər populyar olan prosedurlardan biridir.
Tredliftinq proseduru 1 saat davam edir və prosedur zamanı xüsusi iynə,mezosaplar və yerli anesteziyadan istifadə olunur.
Tredliftinq prosedurunun üstünlükləri :
• Prosedur təxminən 30 dəqiqə davam edir və effekti qısa müddətə görünür.
• Prosedur ağrısızdır və reabilitasiya dövrü tələb etmir
• Mezosaplar yeridilən nahiyyədə qan dövranının atması nəticəsində dərinin görünüşü yaxşılaşır
• Prosedurda istifadə olunan saplar dəri toxmalarına tam uyğun gəlir və heç bir allergik reaksiya törətmir
• Tredliftinq proseduru – kontur plastikası,pilinqlər,botulinoterapiya,mezoterapiya,plazmoliftinq kimi prosedurlar ilə birləşdirə bilərsiniz.
Əgər sizdə aşağıda qeyd olunanlar varsa,siz tredliftinq prosedurundan faydalanmalısınız :
• burun-dodaq qatları
• qaş kənarlarının aşağı enməsi
• qulaq seyvanı ətrafındaki qatlar
• alın nahiyyəsində yerləşən horizontal qatlar
• qaşların və buxaq nahiyyələrinin gravitasiya ptozu
• sinə,boyun,buxaq nahiyyəsinsəki qatlar
Əgər sizdə aşağıda qeyd olunanlar varsa,sizə tredliftinq prosedurunu etmək olmaz :
• müxtəlif xarakterli infeksiyon xəstəliklər
• zəif qan laxtalanması
• tredliftinq olunan nahiyyələrdə iltihabi proseslər olduqda
• hamiləlik və laktasiya dövründə