Qəbula yazıl

formanı doldurun və biz sizinlə 15 dəqiqə ərzində əlaqə saxlayacayıq

Ваша заявка отправлена.
Спасибо!

Мы свяжемся с Вами в ближайшее время

Xəbərlər

Əməliyyatsız rinoplastika : mezosaplar vasitəsilə burun korreksiyası.

Əməliyyatsız rinoplastika : mezosaplar vasitəsilə burun korreksiyası.

Əməliyyatsız rinoplastika : mezosaplar vasitəsilə burun korreksiyası.
Rinoplastika plastik cərrahiyyə sahəsinə aiddir,lakin burun korreksiyası ilə bəzi problemləri estetik kosmetologiya vasitəsilə həll etmək mümkündür.
Bu üsula,qeyri-invaziv yolla mezosaplar vasitəsilə burun korreksiyasını həyata keçirən tredliftinq prosedurunu aid etmək olar.
Tredliftinq prosedurunun köməyi ilə,burun korreksiyası üçün nə etmək olar ?
Bir çox pasiyentlər,burun formalarının ideal olmasını arzu edirlər ,amma cərrahiyyə əməliyyatı etməkdən çəkinirlər.
Adətən pasiyentlərin narazılığ səbəbi burun forması və ölçüsü olur.
Bu problemləri kosmetoloji üsul ilə həll etmək mümkündür.
Bunun üçün hansı üsullar mövcuddur ?
Bu,qeyri-invaziv üsulla,mezosaplar vasitəsilə keçirilən rinoplastikadır.
Bu üsul cərrahiyyə müdaxiləsi etmədən,bəzi estetik qüsurların aradan qaldırılmasını təmin edir.
Sözsüz ki,belə metodlar çətin həll edilən burun korreksiyasında istifadə edilmir,amma bəzi hallarda plastik cərrahiyyə metoduna ehtiyac qalmadan həll edilə bilir. Mezosaplar vasitəsilə burun korreksiyası prosedurunun mahiyyəti belədir :
• korreksiyanı izləmək üçün keçirici iynə vasitəsilə mezosaplar dəriyə daxil edilir
• saplar müəyyən edilmiş istiqamətdə fiksasiya edirlər
• quraşdırılmış saplar,zəruri olduqda dartılır,kəsilir və dərialtında gizlədilir.
Bu prosedur tam ağrısızdır və heç bir reabilitasiya dövrü tələb etmir.
Pasiyentlər ,burun korreksiyası metodikasının atravmatik,təhlükəsiz olduğundan,bu prosedurdan çox razı qalırlar.
Bu prosedurun heç bir yan təsiri yoxdur.
Mezosaplar vasitəsilə burun korreksiyası kimlərə tövsiyyə edilmir ?
• hamiləlik və laktasiya dövründə olan xanımlara
• burun ətrafı dəri iltihabı zamanı
• dərin pilinq,lazer cilalanması və digər agressiv kosmetoloji prosedurlar etdikdən bir müddət sonra
• infeksion xəstəliklər zamanı,herpes və sairə xəstəliklər zamanı.